2015-ci ilin ilk altı ayında Britaniyanın BP şirkətinin Azərbaycanda operator kimi çıxış etdiyi layihələr çərçivəsində sosial məsuliyyət layihələrinə xərclər 2,56 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün xərclərini 2 dəfə üstələyir.
Trend xəbər verir ki, bu barədə 2015-ci ilin ilk altı ayı ərzində BP şirkətinin Azərbaycandakı fəaliyyətinin yekunlarına həsr olunmuş hesabatında deyilir.
2015-ci ilin I yarımilində Azərbaycanın “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihə çərçivəsində xərclər 0,28 milyon dollar, “Şahdəniz” qaz-kondensat yatağında – 0,28 milyon dollar, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərində – 0,55 milyon dollar təşkil edib.