Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Trend-in məlumatına görə, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay plenar sessiyasının birinci iş günündə qurumun Bürosunun fəaliyyət hesabatı ətrafında aparılan müzakirələrdə cıxışı zamanı Azərbaycanın nümayəndə heyətinin üzvü Rafael Hüseynov AŞ PA-nın Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
O, qeyd edib: “Diqqətinizi çox narahat edən bir məsələyə yönəltmək istəyirəm. Bilidiyiniz kimi, AŞ PA Bürosu Robert Valteri yekdil şəkildə “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılıq hallarının artması” adlı hesabatın hazırlanmasına dair məruzəçi təyin etdi. Lakin Ermənistan Büronun qərarlarını tanımır və məruzəçini nə Ermənistana, nə də Azərbaycanın işğal olunmuş ərazilərinə buraxır. Büronun bu vəziyyətə dair dözümlü yanaşmasına məntiqi izah tapmaq çox çətindir. Ermənistana münasibətdə bu iltifatın və dözümlü yanaşmanın səbəbi nədir? Rusiyaya qarşı sanksiyalar tətbiq olunduğu halda, nə üçün Ermənistana qarşı ciddi və qətiyyətli addımlar atılmır? Ən azından, Ermənistana 10 il bundan əvvəl bu cür sanksiyalar tətbiq olunmalıydı. Bunu etməyə sizə nə mane olur? Çoxdandır kı, davam edən bu cür riyakarlığa niyə və nə vaxta qədər dözəcəyik?”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO