Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə və müsahibə elan edir.
Komissiyadan Trend-ə verilən məlumata görə, ümumi müsahibədə və müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini 10 iyun 2015-ci il tarixdən 29 iyun 2015-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər.
Müraciət forması şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
Trend.az