Bakı metrosunda yeni qatarlar xəttə buraxılır

Bu gün yeni qatarların Bakı Metropolitenində tam istifadəyə verilməsi ilə bağlı yekun qərar veriləcək. Bunu Trend-ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Şöbə rəisinin sözlərinə görə, yeni qatarlar bir neçə gündür xətlərə buraxılmasına baxmayaraq, onlardan sınaq mərhələsində olduğu üçün digər qatarlara nisbətən tam rejimlə istifadə edilmir: “Əgər müsbət rəy verilsə, qatarlar elə bu gündən etibarən xəttə tam gücü ilə buraxılacaq. Yeni qatarların köhnələrdən üstünlüyü ondadır ki, onlarda kondisioner var”.
Qeyd edək, Bakı Metropoliteninin sifarişi ilə Fransanın “Alstom” şirkətinin iatehsalı olan 3 yeni qatar aprel ayında Bakıya gətirilib. Ötən həftə isə sınaq üçün xətlərə buraxılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO