Söz və mətbuat azadlığı – qanunların müqayisəli təhlili

İnformasiya Məsələləri üzrə Müvəkkil cəmiyyətə açıqlanması zəruri olan məlumatların informasiya sahibləri tərəfindən açıqlanması, İnternet informasiya ehtiyatlarının yetərliliyi, sorğuların zamanında və uyğun cavablandırılması, məhdudlaşdırılan informasiyaların həqiqətən qanuni səbəblərdən məhdudlaşdırıldığı və qanundakı digər tələblərin icrasına nəzarəti həyata keçirən ictimai qurumdur.
Fikrimizcə Azərbaycanda Mətbuat Şurası yaradıldığına görə ikinci belə qurumun yaradılmasına ehtiyac yoxdur. Sadəcə İnformasiya Məsələləri üzrə Müvəkkilin səlahiyyətlərinin Mətbuat Şurasına verilməsi ilə problemi həll etmək olar. Dünyanın bir sıra ölkəsində artıq bu təcrübəsindən istifadə olunmuşdur.

Azərbaycan söz və mətbuat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı fikirlər müxtəlif və ziddiyyətlidir. Vəziyyətin normal, qənaətbəxş olduğun iddia edənlərlə yanaşı, alternativ fikirlər söyləyənlər də var.
Bu məsələyə münasibətdə ölkədə iki fikir mövcuddur:
1. Hökumət və ona yaxın qurumlar ölkədə mətbuat azadlığının bərqərar olduğunu;
2. Müxalifət isə söz və fikir azadlığının məhdudlaşdırıldığını iddia edir.
Faktlar göstərir ki, ölkədə söz və mətbuat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı müxtəlif fikirlər söyləyənlərin əksəriyyətiнин bu sahədəki mövcud milli və beynəlxalq qanunvericilikdən məlumatları yarımçıq və birtərəflidir. Azərbaycanda fəaliyyət göstərən KİV haqqıda qanunların qərb ölkələrinin analoji qanunları ilə müqayisəsi sübut edir ki, bəzi şəxslərin dediyinın əksinə olaraq bunlar arasında fərq elə də çox deyil. Bunun əsas səbəbi odur ki, bu qanunlar hazırlanarkən inkişaf etmiş qərb ölkələrinin təcrübəsi öyrənilmiş və onlardan milli xüsusiyyətlər nəzərə alınmaqla istifadə olunmuşdur. Çoxlarının dediklərinin əksinə olaraq inkişaf etmiş qərb ölkələrinin qanunlarında söz və mətbuat azadlığı heç də hədsiz deyil. Bu ölkələrdə söz və mətbuat azadlığını müdafiə edən müddəalarla yanaşı onları məhdudlaşdıran maddələr də az deyil. Bu ölkələrdə Azərbaycanda olduğu kimi qanunlarda KİV nümayəndələrinin hüquqları ilə yanaşı onların vəzifələri də dəqiq göstərilib. Aparılan tədqiqatlar göstərir ki, qərb ölkələrinin demək olar hamısında söz və mətbuat azadlıqlarına təminat verən qanunlarla yanaşı, onun hədlərini müəyyənləşdirən qanunlar da mövcuddur. Azərbaycan Respublikası qanunları ilə qərb ölkələrinin analoji qanunlarının müqayisəli təhlili nətıcəsində bunu əyani şəkildə görmək olar.

Azərbaycan Respublikası və qərb ölkələrinin KİV haqqında qanunlarının müqayisəli təhlili

Dünyanın əksər ölkələrində olduğu kimi inkişaf etmiş qərb ölkələrində də KİV- in fəaliyyəti müvafiq qanunlarla tənzimlənir. Bəzi ekspertlər və KİV – lər iddia edirlər ki, ABŞ – da mətbuatı hər hansı təzyiqlərdən azaddır. Onlar bu fikirləri söyləyərkən ölkənin Konstitusiyasına Birinci Düzəlişdə söz və mətbuat azadlığı ilə bağlı müddəaya istinad edirlər. Birinci Düzəlişdə deyilir : “Konqres fikir azadlığı və ya söz azadlığını məhdudlaşdıran heç bir qanun qəbul edə bilməz”.
Göründüyü kimi söz və mətbuat azadlığına məhdudiyyət qoyulması Birinci Düzəlişin prinsirlərinə ziddir. Lakin bəzən məhkəmələrin çıxardığı qərarlarla bu cür məhdudiyyətlər tətbiq edilir ki, bu da ABŞ – da söz və mətbuat azadlığının müəyyən şərtlər daxilində mövcud olduğunu sübut edir.
ABŞ – da mətbuat azadlığını məhdudlaşdıran məhkəmə qərarları konstitusiyaya uyğun olmalı və yalnız aşağıdakı üç halda tətbiq edilə bilər:
1. Materialın nəşri, hər hansı toxunulmaz hüquqa düzəlməsi mümkün olmayan ziyan vura bilərsə;
2. İlkin məhdudiyyət səmərə verərməzsə;
3. Söz azadlığını daha az məhdudlaşdıran dıgər tədbirlər səmərəli olmazsa.
ABŞ Ədliyyə Departamenti öz tövsiyələrində xüsusi imtiyazı ittiham siyasətinə aid olan məsələ kimi tanıyır. Bundan başqa, ştatların yarıdan çoxu “qoruyucu qanunlar” qəbul etmişlər. Həmin qanunlar jurnalistlərin məxfi şəkildə əldə etdikləri informasiyanı açıqlamamaları üçün imtiyaz müəyyən edir. Digər ştatların məhkəmələri hesab edirlər ki, həmin imtiyaz ümumi hüquqda və müvafiq ştatların konstitusiyalarında nəzərdə tutulmuşdu.
İnformasiyanı açıqlamaqdan imtina etməyə görə jurnalistlərin həbs edilməsinə Amerikada çox az təsadüf edilir. Məhkəmələr jurnalistlərdən nadir hallarda informasiyanı açıqlamağı tələb edir və informasiyanın açıqlanması ilə bağlı həbs qəti imkan tədbiri həyata keçirirlər.
ABŞ – da mətbuat böyük nüfuza malikdir və bəzən hökumətə nəzarət funksiyasını həyata keçirir. Bu funksiyaları yerinə yetirmək isə ictimaiyyətin mövqeyindən və siyasi mühitdən asılıdır. Mətbuat həmin siyasi mühitin yaranmasına yaxından kömək edir.
Avropada söz və mətbuat azadlığının Böyük Britaniyadan başqa dəgər ölkələrdə KİV haqqında ümumi qanun var. Bu ölkədə söz azadlığı insanın təbii hüquqlarından biri kimi nəzərdə tutulur. Eyni zamanda, hesab edilir ki, ayrı-ayrı normativ aktların tətbiqi yolu ilə söz azadlığına bəzi məhdudiyyətlərin qoyulması da mümkündür.
İnsan hüquqları üzrə Avropa Konvensiyasının 10 – cu maddəsinin 1-ci bəndində deyilik ki, “ Hər bir kəsin öz fikrini azad ifadə etmək hüququ vardır. Bu hüquq, dövlət orqanları tərəfindən hec bir müdaxilə olmadan və sərhədlərdən asılı olmadan, öz fikrinə malik olmaq hüququnu, informasiyanı və ideyaları əldə etmək və yaymaq hüququnu ehtiva edir”. Lakin həmin maddənin 2- ci bəndində bunun üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulmuşdur.
Böyük Britaniyada yazılı konstitusiya yoxdur və deməli, burada fikir azadlığına fundamental təminatlar verilmir. Burada medianın hüquqlarını müəyyən edən və mətbuat azadlığına qoyulan məhdudiyyətləri təsbit edən mükəmməl qanunlar da yoxdur. Mövcud qanunlarda fikir azadlığı barədə müddəalar müsbət yönümlü deyil. Qanunda fikir azadlığı ilə bağlı istər parlamentin, istərsə də presendent hüququnun müəyyən etdiyi coxlu məhdudiyyətlər var. Yalnız həmin məhdudiyyətlərdən kənarda söz və mətbuat azadlıqları mövcuddur.

Avstriyanın 1958 – ci ildə İnsan hüquqları üzrə Avropa Konvensiyasına qoşulması və 1964 – cü ildə Konvensiyanın şərtlərinin bütünlüklə Konstitusiyaya əlavə edilməsi digər fundamental azadlıqlar kimi, söz və mətbuat azadlıqlarının müdafiəsi üçün də şərait yaratmışdır. Bu ölkənin Konstitusiyasının 13 – cü maddəsində deyilir: “ Hər kəs öz fikrini qanunun müəyyən etdiyi çərçivədə şifahi və yazılı yolla çap etmək və ya şəklini çəkmək yolu ilə azad ifadə etmək hüququna malikdir. Mətbuat heç zaman senzuranın və lisenziya sisteminin predmeti ola bilməz. İnzibati poçt qadağaları ölkədə çap edilmiş materiallara aid ola bilməz”.
Norveçdə mətbuat azadlığı ilk dəfə 1814-cü ildə qəbul olunmuş Konstitusiyanın 100-cü maddəsi ilə təmin edilmişdir. Həmin maddədə deyilir: “Mətbat azad olmalıdır. Məzmunundan asılı olmayaraq, dərc edilmiş hər hansı yazıya görə heç kəs cəzalandırıla bilməz, bu şərtlə ki, həmin yazı bilərəkdən qanunlara tabe olmamağa, dinə, əxlaqa və ya konstitusiya hakimiyyətinə hörmətsizliyə təhrik etməsin və ya onların müəyyən etdiyi qaydalara müqavimət göstərməyə təhrik etməsin, yaxud da kiməsə qarşı yalançı və təhqiramiz ittiham irəli sürməsin, yaxud başqalarını buna təhrik etməsin. Hər bir kəs Dövlət administrasiyası və ya hər hansı başqa subyekt barədə öz fikirlərini azad söyləyə bilməlidir”
Norveçdə zaman – zaman bir sıra qanunlar və məhkəmə şərhləri fikir azadlığını, xüsusilə böhtanla bağlı məsələlərdə məhdudlaşdırmışdır. Faktlar göstərir ki, Norveç qanunvericiliyində informasiya azadlığı zəif təmin olunmuşdur. Hətta Tormoso şəhər məhkəməsi öz qərarlarının birində qeyd etmişdir ki, bu ölkədə informasiya azadlığının qanuni müdafiəsi mövcud deyil.

Fransada fikrin ifadəsi və informasiya yayımı azadlığı, hələ 1789-cu il insan və vətəndaş hüquqları Deklarasiyasının 11-ci maddəsində əks olunmuşdur. Sonradan həmin maddənin müddəaları 1958-ci il Konstitusiyasının preambulasına daxil edilmişdir. Preambulada deyilir : «Fikir və düşüncə azadlığının azad ifadəsi insanın çox mühüm hüquqlarındandır. Belə ki, hər bir kəs azad danışa, yaza və dərc etdirə bilər. Lakin bu məsələdən sui – istifadə edən şəxs qanunun müəyyən etdiyi hallarda məsuliyyət daşıyır».
Almaniyada mətbuat, informasiya və fikir azadlığı 1949 – cu ildə qəbul olunmuş Konstitusiyanın 5-ci maddəsinin aşağıdakı iki bəndi ilə təmin olunmuşdur:
1) Hər bir kəsin öz fikirini şifahi, yazılı və şəkil çəkməklə azad ifadə etmək və yaymaq, ümumiyyətlə əlçatan olan mənbəlardən azad surətdə məlumat almaq hüququ vardır. Mətbuat azadlığı və məlumatın radio yayımı və kinolent vasıtəsilə yaymaq azadlığı təmin olunur. Bunlar senzuraya məruz qalmır.
2) Bu hüquqlar ümumi qanunların müəyyən etdiyi qaydalarla, gəncləri müdafiə etmək üçün qanunların qoyduğu şərtlərlə və şəxsiyyətin ləyaqətinin toxunulmazlığı hüququ ilə məhdudlaşdırıla bilər.
İsveçdə mətbuat azadlığı haqqında qanun 1766-cı ildə qəbul edilmişdir. 1949-cu ildə qəbul edilmiş müasir qanun 1812-ci ildə qəbul edilmiş mətbuat haqqında qanuna əsaslanır. İsveç Konstitusiyası üç hissədən ibarətdir: 1974-cü il Hökumət Sənədindən, Mətbuat Azadlığı haqqında 1949-cu il qanundan, Söz azadlığı haqqında 1991-cu il Qanundan ibarətdir. Bu sənədlərin müddəaları bütün vətəndaşların fikir azadlığını və informasiya alınması və mübadiləsi azadlığını təmin edirlər. Konstitusiyanın müddəalarının bir hissəsini təşkil edən mətbuat azadlığı haqqında Qanuna dəyişikliklər etmək səlahiyyəti yalnız parlamentə məxsusdur. Bu ölkədə seçicilər təklif olunan dəyişikliklərin qəbul olunmasına təsir etmək imkanına malikdirlər.
Hökumət Sənədinin 2- ci fəslinin 1- ci maddəsi aşağıdakı şərtlər daxilində bütün vətəndaşlara fikirlərini ifadə etmək, informasiyanı əldə etmək və ötürmək azadlığını təmin edir:
1. Fikir azadlığı – informasiyanı ötürmək və ideyaları, rəyləri və hissləri istər şifahi, istərsə də yazılı formada, şəkil çəkməklə, yaxud da hər hansı başqa üsullarla ifadə etmək azadlığıdır.
2. İnformasiya azadlığı – şəxsin özünün informasiyanı əldə etmək və digər tərəfdən başqalarının fikrləri ilə tanış olmaq azadlığıdır
İsveçdə Mətbuat üzrə Ombdusman vəzifəsi də var ki, bu vəzifə 1969-cu ildə təsis edilib. Bu posta təyinatı parlament müvəkkilləri, media-klub nümayəndələri və İsveç Hüquqşunaslar Assosiasiyasının üzvlərindən ibarət xüsusi komitə həyata keçirir. Hər bir vətəndaş müəyyən bir qəzet materialını jurnalist etikasının pozulduğu iddiası ilə Mətbuat üzrə Ombudsmana göndərə bilər. İsveçdə hər il mətbuat üzrə 400-450 şikayətə baxılır.
İspaniyada söz və mətbuat azadlığı 1978 – ci il Konstitusiyasının 20.1(a) və 20.1(d) maddələri ilə müdafiə olunur. Həmin maddələrdə deyilir:
“ Aşağıdaki hüquqlat tanınmalı və qorunmalıdır:
a) fikirləri, ideyaları və rəyləri şifahi və ya yazılı şəkildə və ya dıgər üsulla sərbəst ifadə etmək və yaymaq;
d) istənilən yayım üsulu ilə dəqiq informasiya əldə etmək və ötürmək hüququ. Peşə vicdanını və peşə sirrini nəzərdə tutan bu hüquq qanunla tənzimlənməlidir.
2. Bu hüququn tətbiqi hər hansı ilkin senzura ilə məhdudlaşdırıla bilməz.
Konstitusiyanın həmin maddəsinin dıgər hissəsində yuxarıdakı müddəalara baxmayaraq məhdudiyyətləri tətbiq edən müddəalar yazılmışdır:
“4. Bu azadlıqlar bu bölmənin qoruduğu hüquqlara, xüsusilə şərəf və ləyaqətin qorunması hüququna, hər hansı şəxsin imicindən istifadəyə nəzarət olunması hüququna və gənclərin və uşaqların müdafiəsinə hörmət bəslənməsini nəzərdə tutan qanunların şərtləri vasitəsilə məhdudlaşdırıla bilər.”
Göründüyü kimi inkişaf etmiş qərb ölkələrinin qanunlarında söz və mztbuat azadlığını təmin edən maddələrlə yanaşı, onu məhdudlaşdıran maddələr də mövcuddur. Bu cəhətinə görə qərb və Azərbaycan qanunvericiliyı çox oxşardır. Lakin qərıbə burasındadır ki, qanunlarda nəzərdə tutulan zəruri məhdudiyyətlərə görə Azərbaycan qanunvericiliyi tənqid olunduğu halda qərb ölkələrinin qanunları təriflənərək, başqalarına nümunə göstərilir. Bu qəribəliyı əyani surətdə görmək üçün Azərbayanın da analoji qanunlarını nəzərdən keçirək.
Азярбайъан Respublikasında söz və mətbuat azadlığı Konstitusiya, “Məlumat azadlığı haqqında” (9 sentyabr 1998 – ci il), “Kütləvi informasiya vasitəlri haqqında” (8 fevral 2000-ci il), “İctimai televiziya və radio yayımı haqqında ” (28 sentyabr 2004-cü il), “İnformasiya əldə etmək haqqında” (30 sentyabr 2005-ci il) və s. Qanunlar ilə təmin edilir. Азярбайъан Respublikası Prezidentinin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında”, “Kütləvi informasiya vasitəlrinə dövlət qayğısının artırılması haqqında”, “Azərbaycan milli mətbuatının 125 illik yubileyi haqqında” ( 27 mart 2000-ci il), “Azərbaycan milli mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında” (2005-ci il) fərmanları, Azərbaycan Respublikası Milli Mətbuat, Teleradıo və İnternet Şurası haqqında” Əsasnaməsi və dığər sənədlər ölkədə söz və mətbuat azadlığının təmin edilməsınə yaxından kömək göstərir. Son illərdə qəzetlərin nəşrinin dövriliyinin təmin edilməsi məqsədilə dövlət tərəfindən kreditlərin ayrılması, mətbuatın özünütənzimləməsində böyük əhəmiyyəti olan Mətbuat Şurası ilə əməkdaşlığın genişləndirilməsi, Milli Teleradio Şurasının təşkili, İctimai Televiziya və radionun fəaliyyətə başlaması bu qanunların qəbulu ilə mümkün olmuşdur.
Azərbaycan Respublikasında Konstitusiyanın aşağıdakı maddələri vasitəsilə söz və mətbuat azadlığınə təminat verilmişdir:
Maddə 47. Fikir və söz azadlığı
I. Hər kəsin fikir və söz azadlığı vardır.
II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.
III. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.
Maddə 50. Məlumat azadlığı
I. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.
“İnformasiya əldə etmək haqqında” (30 sentyabr 2005-ci il) Qanuun informasiya əldə etmək azadlığı və Qanuna şamil edilməyən məsələlər öz əksini tapmışdır:
Maddə 2. İnformasiya əldə etmək azadlığı
2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır.
2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.
2.3. İnformasiya sahibinə müraciət edən hər kəs:
2.3.1. Sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq;
2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.
2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.
2.5. İnformasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin.
“Məlumat azadlığı haqqında”(9 sentyabr 1998 – ci il) Qanunun 1- ci maddəsində deyilir:
“Azərbaycan Respublikasının Konstitusiyasının 50 – ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır”.
«Kütləvi informasiya vasitəlri haqqında» (8 fevral 2000-ci il) qanunun “Kütləvi informasiya azadlığı” adlanan 1- ci maddəsində deyilir:
“Azərbaycan Respublikasında kütləvi informasiya azaddır.
Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təmunat verilir”.
“Senzuranın yolverilməzliyi” adlanan 7 – ci maddə isə yazılmışdır: “ Kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyələşdirilməsinə yol verilmir.”
Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da söz və mətbuat azadlığının hüdudları qanunlarla müəyyən olunmuşdur. “Dövlət sirri haqqında”(15 noyabr 1996 – cı il), “İnformasiya, informasiyalaşma və informasiyanın mühafizəsi haqqında” (19 iyun 1998 – ci il), “Məlumat azadlığı haqqında”(9 sentyabr 1998 – ci il), “Kütləvi informasiya vasitəlri haqqında” (8 fevral 2000-ci il), “Milli təhlükəsizlik haqqında” (29 iyun 2004-cü il) və diğər qanunlarda,“Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında öz əksini tapmışdır.
“Məlumat azadlığı haqqında”(9 sentyabr 1998 – ci il) Qanunun 2 – ci maddəsində qeyd olunur ki, “Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır.
Məlumat azadlığının məhdudlaşmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir”.
“Kütləvi informasiya vasitəlri haqqında” (8 fevral 2000-ci il) qanunda söz və mətbuat azadlığına təminat verən maddələrlə yanaşı, bundan sui – istifadəyə qadağa qoyan maddələr də var. Qanunun 10 – cu maddəsi sui – istifadə hallarının qarşısını alınmasına xidmət edir. Həmin maddədə deyilir: “ Azərbaycan Respublikası qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şaiyələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi vasitələrdən istifadə olunmasına yol verilmir.”
“Dövlət sirri haqqında» (15 noyabr 1996 – cı il) Qanunun 30.1 maddəsində deyilir:
“ Dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozan vəzifəli şəxslər və vətəndaşlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar”.
“Milli təhlükəsizlik haqqında” (29 iyun 2004-cü il) qanunda isə informasiya sahəsində əsas milli maraqlar konkret olaraq ğöstərilmlşdir:
6.6. Azərbaycan Respublikasının informasiya sahəsində əsas milli maraqları aşağıdakılardır:
6.6.1. məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayılması kimi vətəndaşların konstitusiya hüquqlarının təmin edilməsi;
6.6.2. informasiya ehtiyatlarının qorunması və inkişaf etdirilməsi;
6.6.3. informasiya məkanının formalaşdırılması və onun qorunmasının təmin edilməsi;
6.6.4. dünya rabitə və informasiya sisteminə daxil olma.
6.8. Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində əsas milli maraqları – Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması və ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi, elmi potensialdan səmərəli istifadə olunması və onun artırılmasıdır.
“İnformasiya əldə etmək haqqında” (30 sentyabr 2005-ci il) Qanunun aşağıdakı maddələrində bu qanuna şamil olunmayan sahələr dəqiq göstərilmlşdır:
4.2. Bu Qanun aşağıdakılara şamil edilmir:
4.2.1. qanunla müəyyənləşdirilmiş dövlət sirri təşkil edən məlumatlara;
4.2.2. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arxiv sənədləri ilə işləməyə buraxılmanın təmin edilməsinə;
4.2.3. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən təklif, ərizə və şikayətlərə;
4.2.4. beynəlxalq müqavilələrlə müəyyən edilmiş məhdudiyyətlərə.
Azərbaycan Respublikasında bəzən qanunlara əməl olumaması, bəzən isə vətəndaşların qanunları bilməmsi bir sıra problemlərin yaranmasına səbəb olur. Bu problemlərə misal olaraq aşağıdakıları gşstərmək olar:
– Azərbaycanda rəsmi qeydiyyatdan keçən 3 minə yaxın KİV-dən çox az hissəsi konstruktiv fəaliyyət gəstəməsi;
– Demokratik azadlıqlardan sui – istifadə hallarının və “Reket” qəzetlərin sayının son illər artması.( Mətbuat Şuraya ünvanlanan 950-dən çox məktubun 70 faizə yaxını bilavasitə “reketçilik”lə bağlı mövzulara aiddir. Şura bu vaxtadək 300-ə yaxın KİV-in adını müəyyənləşdirərək özünün “qara siyahı”sına daxil edib.);
– Mətbu orqanı qeydiyyatdan keçirmək sahəsində əvvəlki illərdəki çətinliklər aradan qaldırıldıqdan sonra jurnalistikaya aidiyyatı olmayan bəzi şəxslərin əllərində 10-15, bəzən də çox KİV cəmləşdirməsi;
– Medianın siyasiləşməsi və buna stimul yaradan onun ağır iqtisadi durumu; Hazırda 40-a yaxın şəxs xaricdə жуrnalist adı ilə özünə sığınacaq alıb ki, onların çox az qismi mediayaya aidiyyatı var;
– Reklam bazarı zəif olması; (İlkin hesablamlara görə, hazırda yazılı KİV-lərə ildə 200 milyon manat reklam verilməlidir. Lakin heç 20 milyon manat həcmində reklam verilmir. )
Mövcud problemləri aradan qaldirmaq üçün vətəndaşların, o cümlədən mediya nümayəndələrinin söz və mətbuat azadlığına aid qanunları dərindən öyrənməli və onların müddəalarına hörmətlə yanaşmalıdırlar.

Nəticə

Respublikada mediyaya aid mövcud qanunvericiliyin fəaliyyəti nəticəsində bu ilin sentyabr ayına kimi 2678 kütləvi informasiya vasitəsi qeydiyyatdan keçmiş, 2609 mətbu nəşr, 41 televiziya və radio, 28 informasiya agentliyinin dövlət reyestrinə alınmışdır. Azərbaycanda İctimai televiziya 2005-ci il avqustun 30-dan fəaliyyət göstərir.
Qəzet və jurnalların yalnız 15 faizi hökumət strukturları tərəfindən təsis edilmişdir. Qəzetlərin 65 faizindən çoxu müxalifət yönümlü siyasi və ictimai təşkilatlara, özəl strukturlara və hüquqi şəxslərə məxsusdur.
Müxtəlif nazirliklərin və digər dövlət orqanlarının mətbuat xidmətləri rəsmi informasiyanın ictimaiyyətə çatdırılmasına cavabdehdirlər. Bundan əlavə, jurnalistlərin informasiya əldə etməsi işini daha da yüngülləşdirmək üçün “İnformasiya əldə etmək haqqında” qanun hər kəsin sərbəst, maneəsiz və bərabər şərtlərlə informasiya əldə etməsi üçün dövlət qurumları və əlaqədar təşkilatlarla yanaşı, bütün hüquqi şəxslər üzərinə böyük öhdəliklər qoyur.
Etnik və dini azlıqların KİV-dən sərbəst faydalanmalarına heç bir məhdudiyyət qoyulmamışdır. Etnik azlıqların dillərində qəzetlər dərc edilir və ya xaricdən gətirilir.
Teleradio yayımı sahəsində əhəmiyyətli qanunvericilik tədbirləri görülmüşdür. “Teleradio yayımı haqqında” qanun 2002-ci ilin iyun ayında qəbul edilmiş və həmin ilin oktyabr ayında qüvvəyə minmişdir. 5 oktyabr 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Avropa Şurası standartlarına uyğun olan Milli Teleradio Yayımı Şurasının yaradılması haqqında fərman imzalamışdır. Milli Teleradio Yayımı Şurası 2003-cü ilin yanvarında təsis edilmişdir.
Söz və informasiya azadlığının təmin edilməsi istiqamətində növbəti mühüm addım 2003-cü il mart ayının 15-də Azərbaycan jurnalistlərinin ilk konqresində Mətbuat Şurasının yaradılması olmuşdur. Müstəqil orqan olan Mətbuat Şurasının əsas funksiyası KİV ilə fərdlər, həmçinin KİV ilə özəl şirkətlər arasında mübahisələrin məhkəmə çəkişmələrinədək aradan qaldırılmasından ibarətdir. Şura həmçinin qəzetlərin monitorinqi və özünün hazırlayıb qəbul etdiyi jurnalist etikası kodeksinin müddəalarının həyata keçirilməsi funksiyalarını yerinə yetirir.
Ölkənin ictimai – siyasi və iqtisadi inkişafı digər sahələrdə olduğu kimi mediya sahəsində də islahatların davam etdirilməsini, qanunların daha da təkmilləşdirilməsini tələb edir. Cəmiyyətin həyatında mühüm rol oynayan bu sahənin inkişaaf etdirilməsi əvvəlki illərdə olduğu kimi yenə də aktualdır. Bu sahədə Azərbaycan Respublikası beynəlxalq təşkilatlarla əməkdaşlığı əvvəlki illərdə olduğu kimi bu gün də davam etdirir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO