Nazirlər Kabinetinin qərarı ilə “Təhlükəsizliyi 1 yanvar 1994-cü ildən təmin olunmalı məhsulların Siyahısı”nda dəyişikliklər edilib.
Trend Nazirlər Kabinetinin saytına istinadən məlumat verir ki, dəyişikliklərə əsasən, siyahıya kosmetika və parfümeriya məhsulları, həmçinin tibbi reagentlər və kimyəvi reaktivlər daxil edilib.