Fransa ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin fəaliyyət müddətinin uzadılmasını dəstəkləməyib

Fransa Hökuməti Alexis Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyət müddətinin uzadılmasını dəstəkləməyib. Trend-in məlumatına görə, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev A.Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyətinin davam etdirib-etdirməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.
Qeyd edək ki, ATƏT-in Bakı Layihə Əlaqələndiricisindən Xarici İşlər Nazirliyinə daxil olmuş məktubda ATƏT-in Bakı Layihə Əlaqələndiricisi A.Şahtaxtinskinin təyinat müddətinin 31 may 2015-ci il tarixində başa çatması bildirilib.
ATƏT-dən verilən məlumata görə, Fransa Hökuməti vətəndaşlığını daşıyan A.Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyət müddətinin 31 may 2015-ci il tarixindən sonrakı müddətə uzadılmasını dəstəkləməyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO