Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankarada inşa edilən yeni prezident sarayının (Aksaray) bəzək işlərində qızıldan istifadə edildiyini sübut edəcəyi təqdirdə istefa verməyə hazır olduğunu bildirib. Trend-in məlumatına əsasən, bunu Rəcəb Tayyib Ərdoğan Türkiyənin TRT Haber telekanalına müsahibəsində deyib.
Prezident qeyd edib ki, CHP lideri Kamal Kılıçdaroğlu bunu sübut edə bilməsə, istefaya onun özü getməli olacaq.