Azərbaycanda PSA tipli müqavilələrdən biri üzrə maliyyələşmə artırıldı

Xəzər dənizinin Azərbaycan sektorundakı “Bahar” və “Qum dəniz” yataqlarının daxil olduğu blokun işlənməsinə dair PSA (hasilatın pay bölgüsü) tipli müqavilə çərçivəsində maliyyələşmə 2015-ci ildə daha 2 milyon dollar artırılacaq.
Trend xəbər verir ki, bu barədə “Greenfields Petroleum Corporation” şirkəti məlumat yayıb.
“Bahar” yatağının operatoru olan “Bahar Energy” şirkətinin həmtəsisçisi “Greenfields Petroleum Corporation” şirkəti “Bahar” və “Qum dəniz” yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatına dair PSA tipli müqavilə çərçivəsində texniki məsləhətçi kimi də çıxış edir.
Məlumata əsasən, “Greenfields Petroleum Corporation” 2013-cü il noyabr tarixli kredit müqaviləsi çərçivəsində əlavə 2 milyon dollar alacaq. Yeni tranş çərçivəsində əldə olunan vəsait Azərbaycanda “Bahar” və “Qum dəniz” yataqlarının işlənməsi üzrə şirkətin davam edən əməliyyatlarının maliyyələşməsi üçün nəzərdə tutulub. Kredit illik 15 faizlə ayrılıb və 2015-ci il dekabrın 31-nə kimi ödənilməlidir.
“Bahar Energy” şirkətinin fəaliyyətindən əlavə gəlirlər daxil olduğu halda kreditin vaxtından əvvəl ödənilməsi nəzərdə tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO