“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Air Berlin” aviaşirkəti ilə xüsusi tarif sazişi imzalayıb. Bu barədə Trend AZAL-a istinadən məlumat verir.
Məlumatda deyilir: “Air Berlin” aviaşirkəti ilə imzalanmış xüsusi tarif razılaşmasına əsasən, Berlindan keçərək, Almaniyanın (Düsseldorf, Nürnberq, Baden-Baden, Ştutqart, Münhen və b.), həmçinin Qərbi və Şərqi Avropanın (Madrid, Budapeşt, Sürix, Zalsburq, Kopenhagen, Varşava, Krakov, Qoteburq və s.) müxtəlif şəhərlərinə cəlbedici qiymətlərlə səyahət etmək mümkündür”.