Azərbaycan geosiyasi baxımdan olduqca vacib ölkədir. Bunu Trend-ə Rumıniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin üzvü Adrian Severin Azərbaycanın dünya ictimaiyyətindəki rolunu şərh edərkən deyib.
O bildirib ki, biz ölkənin yürütdüyü balanslaşdırılmış siyasətini qiymətləndirməliyik: “Azərbaycan Avropa İttifaqı ilə ağıllı siyasəti inkişaf etdirir, qonşu ölkələrlə əlaqələrdə vacib rol oynayır. Azərbaycan, həmçinin mühüm iqtisadi potensialı olan ölkədir”.
A.Severin qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində beynəlxalq dəstək almalıdır.
Rumıniyalı siyasətçi əlavə edib ki, “Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün olduqca əhəmiyyətli layihədir: “Azərbaycan bu layihənin reallaşdırılmasında çox mühüm rol oynayır və bu, ölkənin regionda oynadığı rolun daha bir müsbət nümunəsidir”.