İlk Avropa Oyunları ilə bağlı minik avtomobilləri üçün duracaqlar müəyyən edilib

İlk Avropa Oyunlarını izləməyə gələn tamaşaçıların minik avtomobillərini saxlaması üçün Bakıda rəsmi olaraq iki duracaq müəyyən edilib. Bunu Trend-ə Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov deyib.

N.Həsənovun sözlərinə görə, həmin duracaqların yanında “ekspess” avtobuslar dayanacaq və Avropa Oyunlarının yarışlarına biletli olan şəxslər idman arenalarına pulsuz daşınacaq: “Parkinq üçün nəzərdə tutulan yerlərdən biri Füzuli meydanının yaxınlığında, bəzilərinin “Qış parkı” adlandırdığı Mərkəzi Parkın altındakı duracaqdır. Həmin duracaqda eyni vaxtda 3 min avtomobil saxlamaq mümkündür. Digəri isə Fətəli Xan Xoyski küçəsindəki Gənclik Parkında yerləşən duracaq müəyyən edilib. Orada eyni anda 650 avtomobil saxlamaq mümkündür. Həmin duracaqlarda Avropa Oyunlarını izləmək üçün biletləri olan avtomobil sahiblərinə güzəştli tarif tətbiq olunacaq və avtomobilin duracaqda saxlanmasına görə müddətindən asılı olamayaraq onlardan 1 manat ödəniş alınacaq”.

N.Həsənov əlavə edib ki, digər şəxslər də avtomobillərini həmin duracaqlarda saxlaya bilərlər, amma adi qaydada.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO