Moldova Prezidenti Nikolaye Timofti Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Trend-in məlumatına görə, başsağlığında deyib: “Bakı şəhərində yaşayış binasında insan tələfatı və xəsarətlə nəticələnən güclü yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu çətin sınaq anlarında Sizə və həlak olanların ailələrinə Moldova Respublikası xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.