Bu gün Riqada qəbul edilən “Şərq Tərəfdaşlığı”nın yekun bəyannaməsində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının iştirakçı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyini və suverenliyini dəstəklədiyi qeyd olunub.
Trend-in “Euronews” kanalına istinadən verdiyi məlumata əsasən, bunu Latviyanın Baş naziri Laymdota Strauyuma Riqa sammitinin yekunu üzrə mətbuat konfransında deyib.
“Şərq Tərəfdaşlığı” məkanındakı münaqişələrdən biri də Dağlıq Qarabağ problemidir.