I Avropa Oyunları zamanı istifadə ediləcək xüsusi zolaqlardan
gələcəkdə yalnız xüsusi təyinatlı maşınlar (təcili yardım və
yanğınsöndürmə maşınlar) və avtobuslar istifadə edə biləcəklər.
Trend-in məlumatına görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə bildirib.
Nazir müavini bildirib ki, zolaqların bir hissəsi yalnız Oyunlar
zamanı işləyəcək, qalan hissəsi isə Oyunlardan sonra ictimai nəqliyyatın
hərəkəti üçün istifadə ediləcək:
“Çünki Bakı əhalisinin çoxu – gündə ortalama 1,5 milyon nəfər –
avtobuslardan istifadə edir. Buna görə də onlar üçün şərait yaratmaq
vacibdir. Hazırda bu zolaqlar dayanacaqsız gediş üçün nəzərdə
tutulduğundan, yola yaxın zolaqlardan yararlanılır, lakin sonra
avtobuslar üçün sağ tərəfə yaxın zolaqlar ayrılacaq. Gələcəkdə təcili
yardım və yanğınsöndürmə maşınları da xüsusi zolaqlardan istifadə edə
biləcəklər”.