Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin yeni rəisi İlqar Mustafayev Heydər Əliyev Fondunun ekspertidir.
Trend-ə verilən məlumata görə, İ.Mustafayev, eyni zamanda, Xəzər İnkişaf Fondunun direktorudur.
İ.Mustafayev Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İlqar Əziz oğlu Mustafayevin Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.