“ABŞ dünya ölkələri və xalqlarını birləşdirən idmanı dəstəkləyir”.
Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən Bakıda keçiriləcək I Avropa Oyunlarını şərh edərkən deyiblər.
Diplomatik nümayəndəlikdən bildiriblər ki, səfirlik Avropa Oyunlarının bütün iştirakçılarına, o cümlədən Azərbaycana uğurlar arzulayır.
Qeyd edək ki, I Avropa Oyunları bu il iyunun 12-28-də keçiriləcək.