«İzahlı lüğət» layihəsi qanunlarda və uyğun normativ aktlarda istifadə olunan terminlərin filoloji izahı və hər bəndin geniş izahı üzərində elmi-təhqiqat işini nəzərdə tutur. Bu məqsədlə proekt çərçivəsində izahlı lüğətin nəşri nəzərdə tutulub. Həmin lüğət hüquq-mühafizə orqanlarının, məhkəmələrin, hüquq məsləhətxanalarının, eləcə də KİV əməkdaşlarının fəaliyyətində istifadə oluna bilər.