Sloveniyanın Nova-Qoritsa və Şempos şəhərlərində II Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə tədbirlər keçirilib.
Trend-in məlumatına görə, tədbirlərdə Milli Məclisin üzvu Rauf Əliyev, Müdafiə Nazirliyinin nümayəndəsi, hərbi ataşe Kamil Quliyev, Azərbaycanın Avstriyadakı səfirliyinin nümayəndəsi Qalib İsrafilov, Sloveniyadakı səfirliyin nümayəndəsi və Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurabanovdan ibarət Azərbaycan nümayəndə heyəti iştirak edib.
Tədbirlərdə R.Əliyev, K.Quliyev, Q.İsrafilov çıxış edib. Çıxışçılar II Dünya müharibəsində faşizim üzərində qələbə çalınmasında Azərbaycan xalqının rolundan, o cümlədən Sloveniya partizan hərəkatının fəal üzvlərindən biri olan Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin həyat yolundan və qəhrəmanlığından danışıblar.
Natiqlər Azərbaycanla Sloveniya arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu və bu sahədə Azərbaycan dövləti tərəfindən əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün tədbirlərin görüldüyünü bildiriblər.