Ermənistan 1915-ci il hadisələrinə birtərəfli qiymət verməkdən və onları saxta “erməni soyqımı” kimi qələmə verməkdən imtina etməlidir. Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə əsasən, 1915-ci il hadisələrində təkcə ermənilər deyil, həm də türklər iztirab çəkiblər.
ABŞ Prezidenti Barak Obamanın 1915-ci il hadisələri ilə bağlı gözlənilən çıxışını şərh edən M.Çavuşoğlu Prezidentin bu məsələ ilə bağlı dəqiq və dəyişməz mövqeyi olduğunu bildirib.