ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini həll etmir.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə bayram tədbirlərində iştirak etmək üçün Türkiyədə olan İraq Prezidenti Fuad Məsumla birgə keçirdiyi mətbuat konfransında deyib.
R.T.Ərdoğanın sözlərinə görə, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb.
O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri hər il bir araya gəlsələr də, bu, səmərə vermir.