Serbiya prezidenti I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

Serbiya prezidenti Tomislav Nikoliç “Bakı-2015” I Avropa Oyunlarınınn açılış mərasimində iştirak etməyi planlaşdırır.

Trend bu barədə diplomatik mənbəyə istinadən xəbər verir.

Avropa Oyunlarının təntənəli açılış mərasimi iyunun 12-də baş tutacaq.

Mənbənin sözlərinə görə, Bakıya səfəri çərçivəsində T.Nikoliçin Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri gözlənilir.

Serbiya prezidentinin Azərbaycana bundan əvvəlki səfəri 2013-cü ildə baş tutub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO