Barak Obama “Ən pis ABŞ prezidentləri” siyahısına rəhbərlik edir

İnternetdə bir gün içində 57 minə yaxın insanın qatıldığı internet sorğusuna əsasən, “Ən pis ABŞ prezidentləri” siyahısına ABŞ-ın hazırki prezidenti Barak Obama rəhbərlik edir.


Trend-in məlumatına görə, ABŞ-ın ranker.com saytında təşkil olunan sorğuda iştirak edənlər ölkənin bütün prezidentlərinin lehinə və ya əleyhinə səs veriblər. Ümumilikdə, 544 minə yaxın səs qeydə alınıb.

Sorğuda əsas kriteriyalar kimi hansı prezidentin dövründə dövlət siyasətinin zəifləməsi, vətəndaşların səhhət və xoşbəxtliklərinə neqativ təsirlər götürülüb.

“Qara siyahı”ya liderlik edən 54 yaşlı B.Obama 20 mindən çox sorğu iştirakçısının mənfi rəyinə layiq görülüb.

Ondan sonra isə “ən pislər” siyahısında Əfqanıstan və İraqı işğal etməsi ilə yadda qalan respublikaçı prezident kiçik Corc Buş (George W. Bush) 19660 “əleyhinə” səslə ikinci, 1977-1981-ci illərdə prezident olan, 2002-ci ildə isə Nobel sülh Mükafatı alan Cimmi Karter 13124 “əleyhinə” səslə üçüncü yeri tutur. “Qara onluq”da Riçard Nikson, Endrü Conson, Lindon B.Conson, Bill Klinton, Herbert Klark Huver, Ceyms Byukenen və Tomas Vudro Vilsonun adları yer alır. Bu siyahıda Con Ficerald Kennedi 16-cı, Avraam Linkoln 36-cı, ilk ABŞ prezidenti Corc Vaşinqton isə 43 yerdə qərarlaşıb.

“Ən yaxşı ABŞ prezidentləri” siyahısında isə ən çox rəğbəti C.Vaşinqton toplayıb. İkinci və üçüncü yerləri isə A.Linkoln və T.Cefferson “bölüşüblər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO