Türkiyə erməniləri Avropanı onlardan siyasi məqsədlərdə istifadə etməməyə çağırıb.
Trend-in “Anadolu”ya istinadən verdiyi məlumata görə, Türkiyə erməniləri adından Vatikan və Avropa parlamentinə müraciət ünvanlanıb.
Müraciətdə Türkiyə erməniləri 1915-ci il hadisələrindən çox, Suriya və İraq böhranlarına diqqət ayırmaq barədə çağırış ediblər.