Qazaxıstan parlamenti özünün plenar iclasında “İnformasiya-kommunikasiya şəbəkələri haqqında qanuna əlavə və düzəlişlər edilməsi haqqında” Qanun layihəsini qəbul edib.
Qanuni prosedurlara uyğun olaraq, sənəd qəbul edildikdən sonra qanun şəklində imzalanmaq üçün prezidentə göndəriləcək.
Qanuna görə, bütün internet resurslar: veb-saytlar, çatlar, bloqlar, internet-mağazalar, elektron kitabxanalar mövcud olan cinayət və mülki məsuliyyət əsasında kütləvi informasiya vasitələri ilə eyniləşdirilib. Senat tərəfindən edilmiş əlavə və düzəlişlər sənədin mahiyyətini dəyişməyib, lakin bəzi detallar dəqiqləşdirilib.
www.gazeta.ru