Seminarda Stavropol diyarının, Kalkmıkiyanın, Dağıstanın və Çeçenistan Respublikasının regional, şəhər və rayon qəzetlərinin nümayəndələri iştirak ediblər. Stavropol diyarının vitse-qubernatoru, diyar jurnalist təşkilatlarının sədri Vasili Balditsın vətəndaş cəmiyyətinin inkişafında və sosial məsələlərin həllində jurnalistikanın mühüm rolu olduğunu qeyd edib. Seminarın işində Rusiya Jurnalistlər Birliyinin katibləri Nadejda Ajqixina və Vladimir Kasyutin, həmçinin, dünya və yerli səhiyyə təşkilatlarının nümayəndələri iştirak edib.
Seminar RJB-nin gələcək görüşlərinin proqramının müzakirələri ilə başa çatıb.
www.ruj.ru