İranda Newsweek-in jurnalisti saxlanılıb

Kanada vətəndaşı olan Newsweek jurnalının əməkdaşı bazar günü İran hakimiyyəti tərəfindən saxlanılıb. Bu barədə jurnal redaksiyasının bəyanatına əsasən Agence France – Presse məlumat yayıb.

Maziar Baharinin həmkarlarının dediklərinə görə, o, son on ildə İranda yaşayaraq oranın hakimiyyət dairələri ilə uğurlu əməkdaşlıq edirdi, onun reportajları isə həmişə “dəqiq və ölçülüb biçilmiş” olurdu. Newsweek-in redaksiya heyəti jurnalistin həbsini pisləyib və İran hökumətini onu tezliklə azad etməyə çağırıb. “Günahı olmayan jurnalistlərin həbs edilib saxlanması İranda söz və mətbuat azadlığının pozulmasının bariz nümunəsidir” – bəyanatda belə deyilir.

Bununla yanaşı, Associated Press xəbər verir ki, iyunun 14-dən başlayaraq İranda 23 yerli jurnalist və bloger saxlanılıb. “Sərhədsiz reportyorlar” təşkilatı həbs edilənlərin adlarını yayıb və beynəlxalq təşkilatlardan İrandakı hadisələrə müşahidəçi mövqe sərgiləməklərinə son qoymağı tələb edib.

Xatırladaq ki, bir az əvvəl İran hakimiyyəti BBC-nin müxbiri Con Laynidən 24 saat ərzində ölkəni tərk etməyi tələb etmişdi. Bu qərarın qəbul edilməsinin səbəbi kimi guya ki, müxbirin etirazçıları dəstəkləməsi göstərilirdi. İranın Daxili İşlər Nazirliyində belə hesab edirlər ki, Böyük Britaniya və ABŞ teleradio kompaniyaları”etniklərarası münaqişəni qızışdırmaq və İranın parçalanmasına nail olmaq” məqsədini güdürlər.

BBC News-un bildirdiyinə görə, son bir həftə yarım ərzində İranda BBC Persia-nın siqnal ötürücüsündə fasilələr yaranıb. Bunun qarşısını almaq üçün Britaniya yayım korporasiyası regionda ötürücülərin sayını artırıb.

www. lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO