Fransanın satirik həftəlik “Charlie Hebdo” qəzetinin rəhbərliyi yeni nömrələrin buraxılışını müvəqqəti olaraq dayandırmaq qərarı qəbul edib.
SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata əsasən, qərarın terrorçuların redaksiyaya hücumu və onlar tərəfindən aparıcı əməkdaşların öldürülməyindən sonra çıxan nömrənin nəhəng tirajını – yeddi milyon nüsxəni uğurla satmaq məqsədilə verilib.
“Charlie Hebdo”nun saytında yerləşdirilən oxuculara müraciətdə Qəzetin rəhbərliyi və kollektivi oxuculara “böyük dəstək və dərdə şərik olmağa” görə təşəkkür edib.
Son məlumata əsasən, Qəzetin “Terror aktında sağ qalanların nömrəsi” adlandırdığı tirajı yeddi milyonu ötüb. Bu, ölkə KİV-in müasir tarixində unikal haldır; hətta ən nəhəng qəzetlərin son illər tirajı nadir hallarda yarım milyonu ötüb.
Qeyd edək ki, terror aktının törədilməyinə qədər “Charlie Hebdo” nömrələrini 60 mindən çox olmayan tirajla çap edib.
– See more at: http://salamnews.org/az/news/read/161395#sthash.UaS9hfOR.dpuf