Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Nyu-York Times” qəzetinin əməkdaşlarının ölkəmizin işğal olunmuş ərazilərinə səfərini şərh edib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bildirib ki, Azərbaycan Respublikasının qanunlarına riayət edərək, “Nyu-York Times” qəzetinin əməkdaşları tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi haqqında reportaj hazırlamaq məqsədilə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər edilib.
““Nyu-York Times” tərəfindən səfər niyyəti barəsində əvvəlcədən Azərbaycan Respublikasına məlumat verilib Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün “Nyu-York Times” əməkdaşlarına giriş vizası rəsmiləşdirilib və Azərbaycan Respublikası ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq akkreditasiya kartı verilib”.
Modern.az