SalamNews İnformasiya Agentliyinin (İA) saytına (http://salamnews.org/az) bir sıra haker hücumları təşkil edilib.
SalamNews xəbər verir ki, davamlı haker hücumu nəticəsində bu gün saat 13:00-dan etibarən saytın işində fasilələr müşahidə edilib.
Hazırda sayt mütəxəssisləri problemin aradan qaldırılmağı üzrə işlər aparırlar.
Xatırladaq ki, ötən ilin oktyabr ayında SalamNews İA və İnteraz televiziya kanalının saytları bir neçə gün ərzində haker hücumuna məruz qalıb. Hücum nəticəsində saytların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Məlum olub ki, SalamNews İA və “İnteraz”ın saytlarına haker hücumları eyni IP ünvanlardan həyata keçirilib.
– See more at: http://salamnews.org/az/news/read/159373#sthash.WDLLlT89.dpuf