Türkiyənin baş naziri Əhməd Davudoğlu “Charlie Hebdo “ jurnalındakıkarikaturaların Türkiyə mediasında yayımlanmasının qəbul olunmaz olduğunu deyib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Davudoğlu mətbuat azadlığının təhqir etmək anlayışına gəlmədiyini bildirib.
Ə. Davudoğlu qeyd edib ki, media azadlğı müsəlmanların şəxsiyyəti, hörmət etdiyi və bütün müsəlmanlar üçün böyük önəmi olan Peyğəmbərə qarşıdırsa, bunu qətiyyən mətbuat azadlığı kimi qəbul etmək olmaz. Nazir müsəlmanların bu məsələdə həssas olduqlarını diqqətə çatırıb.
“ Biz heç baxt peyğəmbərin təhqirinə icazə vermərik. Əgər ortada təqib və təhqir varsa, bununla bağlı təhlükəsizlik tədbirləri görülməlidir .Mətbuat azadlığı ilə şəxsiyyəti alçatmağı eyni tutmaq olmaz”.
Qeyd eək ki, “Washington Post”, Almaniyanın “Frankfurter Allgemeine” , İtaliyanın “Corriere della Sera” qəzetləri Məhəmməd peyğəmbərin karikaturasını dərc ediblər.