Qətər hökuməti “Al Jazeera” çəkisində olacaq “Al Arabi” adlı televiziya kanalı təsis edir.
SalamNews-un “Fars” agentliyinə istinadla verdiyi xəbərə görə, mərkəzi Britaniyanın paytaxtı Londonda yerləşəcək yeni telekanal gələn aydan yayıma başlayacaq.
Məlumata əsasən, “Al Arabi” sırf xəbər kanalı olmayacaq; o, müxtəlif mövzulu verilişlər də yayımlayacaq.
Ekspertlərin fikrincə, Qətər hökumətinin belə bir telekanalı təsis etməkdə məqsədi “Al Jazeera”nın əvvəlki nüfuzunun itməyi və onun beynəlxalq arenada müxtəlif ölkələrin daxili məsələlərinə müdaxiləsinə görə ləkələnmiş imicini qaytarmaqdır.
Məlumat üçün bildirək ki, “Al Jazeera” 1996-cı ildə təsis edilib. 11 sentyabr 2001-ci il hadisələrindən sonra “əl-Qaidə” və “Taliban” kimi terror təşkilatlarının bəyanatlarını yayan telekanal sonralar “ərəb baharı” dövründə radikal islamçı qruplaşmalara dəstək verməkdə ittiham edildi.
Hazırda Qətər hökuməti adıçəkilən telekanalın fəaliyyətinə görə Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Əlcəzair, BƏƏ və digər ərəb və qeyri-ərəb ölkələri ilə gərgin əlaqələrə malikdir.
– See more at: http://salamnews.org/az/news/read/158830#sthash.is7AmnNq.dpuf