Yanvarın 13-də müxtəlif mətbuat orqanlarını və televiziya kanallarını təmsil edən bir qrup jurnalist Qazax rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən kəndlərində olublar. Ön cəbhədə xidmət edən əsgərlərlə, eləcə də yerli əhali ilə apardılan söhbətlər Azərbaycan ordusunun hər bir əsgər və zabitinin yüksək əhval-ruhiyyədə olduğunu göstərib.
AzərTAc xəbər verir ki, keçirilən görüşlər, aparılan danışıqlar bir daha Azərbaycan ordusunun düşmənə hər an layiqli cavab verməyə hazır olduğunu sübut edib.
Jurnalistlər Qazaxın təmas xəttində yerləşən Quşçu Ayrım və Məzəm kəndlərində olarkən sakinlər bildiriblər ki, əhali atəşkəsin ermənilər tərəfindən pozulmasına baxmayaraq öz yaşayış yerlərini tərk etməyib. Onlar Azərbaycan ordusunun gücünə arxalanaraq gündəlik işləri ilə məşğuldurlar. Aparılan söhbətlər zamanı qeyd olunub ki, Qazaxın sərhəd boyu kəndlərində yaşayan sakinlər arasında yüksək əhval-ruhiyyə var.
Modern.az