Rusiyalı biznesmen “The İndependent ” qəzetini almaq üçün danışıqlara başlayıb

Bu il artıq Britaniyada çap olunan Evening Standard qəzetini alan rusiyalı biznesmen Aleksandr Lebedev İrlandiyanın İndependent News & Media nəşriyyat evinə məxsus The İndependent qəzetini almaq üçün danışıqlara başlayıb. Bu barədə iyunun 12-də The Wall Street Journal məlumat yayıb.

Jurnalın yazdığına görə, danışıqların uğurlu olub-olmayacağı barədə qəti soz demək olmaz. Buna baxmayaraq, mənbə qeyd edib ki, gəlirsiz işləyən qəzetin satışı nəşriyyat evinə xeyir verə bilər. Son illərdə The İndependent qəzeti oxucularını itirir və digər qəzetlərlə rəqabətə davam gətirə bilmir.

Xatırladaq ki, Lebedev tərəfindən Evening Standard qəzetinin alınması Böyük Britaniyada böyük ajiotaja səbəb olmuşdu. Belə ki, bu, ruslara satılan ən böyük nəşriyyat məhsulu idi. Lebedev Britaniya KİV-nə verdiyi müsahibələrində qəzeti ziyansız işləyən qəzetlər sırasına daxil etmək istədiyini demişdi.

Aleksandr Lebedevin həm də Rusiyada bir çox mediaaktivləri var. Xüsusilə də 2008-ci ildə ona aid olan “Novaya qazeta” əsasinda “Novıye media” holdinqi qeydiyyata alınmışdı.

Onu da qeyd etmək yerinə düşər ki, İndependent News & Medianın “Vedemosti”, “Esquipe”, “Cosmolitan” və digər populyar qəzet və jurnalların buraxıldığı İndependent Media nəşriyyat evinə heç bir aidiyyatı yoxdur.

www.newsru.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO