İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, jurnalist Həsən Ərk və qızı Solmaz Ərk tutulub. “Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları sentyabrın 11-i sübh saatlarında Həsən Ərki və Azərbaycan milli rəqsləri müəllimi olan Solmaz Ərki evdən aparıblar. Evdə yoxlama aparılıb, məxsus kompüter, DVD-lər, kitablar və əlyazmalar götürülüb.
Solmaz Ərk bir neçə saat saxlanıb dindirildikdən sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb. Konkret nədə günahlandırıldığı bilinməyən Həsən Ərk ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasında saxlanır.
Həsən Ərk milli zəmindəki dinc fəaliyyət və yazılarına görə bundan əvvəl bir neçə dəfə tutulub. 2011-ci ildə 9 ay müddətinə azadlıqdan məhrum edilib.
“Media forum”