Azərbaycan Yazıçılar Birliyinin rəsmi mətbuat orqanı olan “Ulduz” jurnalında kadr dəyişikliyi baş verib.
İlqar Fəhminin mərhum Arif Əmrahoğlunun əvəzinə katib vəzifəsini icra edəcəyindən jurnalın baş redaktor müavini postuna yazıçı-publisist Təranə Vahid gətirilib.
Modern.az ayb.az-a istinadən xəbər verir ki, Təranə Vahidlə yanaşı, gənc yazar-ssenarist Vüsal Nuru da jurnalın poeziya və nəsr şöbəsinə redaktor təyin edilib.