Prezident İlham Əliyev publisist Həsən Həsənovun üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
SalamNews xəbər verir ki, Sərəncamda Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə Həsən Zal oğlu Həsənovun üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması qeyd edilir.
Bildirək ki, H.Həsənov 2002-ci ilin aprel ayından “Xalq qəzeti”nin (1991-ci ilədək “Kommunist”) baş redaktorudur. O, yüzlərlə elmi-publisistik məqalənin müəllifi, bir neçə kitabın tərtibatçısı və redaktoru, müxtəlif filmlərin ssenari müəllifi və redaktorudur.
H.Həsənov İ.Əliyevin müvafiq sərəncamı ilə 2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” adına layiq görülüb.
– See more at: http://salamnews.org/az/news/read/140954#sthash.UDOgdsHf.dpuf