– Vaqif müəllim, Rusiyada fəaliyyət göstərən mədəni muxtariyyatların təsisçiliyi ilə çıxan qəzetlərdə hər hansı bir problem olurmu və sizin qəzet də bu sarıdan problem yaşayırmı?
– Bəli, müyyən problemlər var. Bu problemlər ümumi xarakter daşıyır. Hesab edirəm ki, bu cür problemləri həm regional, həm də mərkəz qəzetləri hiss edir. Kağızın, eləcə də poliqrafiya məhsullarının baha olması bu cür problemlərdəndir. Qəzetin çatdırılmasının qiyməti onun çap edilməsindən üçqat artıq qiymətə başa gəlir. O ki qaldı qəzetdə gedən yazılara, bu barədə maneə yoxdur, çünki biz mövcud qanunlar çərçivəsində hərəkət edirik. Qəzetimizdə tez-tez xoşagəlməz faktlar olan kəskin tənqidi məqalələr çap olunur və heç kim bizə qadağa qoymur.