İsraildə nəşr olunan nüfuzlu “Haarets” qəzeti özünün çərşənbə buraxılışını məşhur yazıçı və şairlərin öhdəsinə buraxıb. Onlar özlərini jurnalist ampluasında sınaqdan keçiriblər.
“Baş məqalədən tutmuş sonuncu səhifədəki hava proqnozuna qədər olan yazılar… ən yaxşı İsrail ədbiyyatçıları tərəfindən hazırlanıb” – qəzet yazır.
Yazıçı Etqar Keret. Benyamin Netanyahu hökumətinin hələ “hamını təəccübləndirəcəyini” soz verən mudafiə naziri Ehud Barakdan musahibə alıb.
Birinci səhifədə həmçinin, İsrailin ən titullu yazıçılarından olan David Qrossmanın narkotik asılılıqdan əziyyət çəkənlərin Yerusəlimdəki reabilitasiya mərkəzindən hazırladığı reportaj da işıq üzü görüb.
Zeruya Şalev “Haarets”in səhifələrində kəndi sunamidən dağılmış bir Hindistan kəndlisinin İsrailə iş üçün gəlməsindən və aldadılaraq Tel-Aviv aeroportunda atılmasından yazıb.
Şair Ronni Somek isə sonuncu səhifədəki adi hava proqnozunu şerlə yazmağa cəhd göstərib.
www.lentizdat.ru