Ukrayna 49 rusiyalı jurnalistə qadağa qoydu

Ukrayna Teleradio Şurası ölkəyə girişi qadağan olunacaq 49 rusiyalı jurnalistin siyahısını hazırlayıb. “Media forum” saytının məlumatına görə, avqustun 28-də şura üzvü Yuri Artyomenko siyahının Ukrayna Təhlükəsizlik Xidmətinə göndəriləcəyini açıqlayıb: “Siyahı vətəndaşların məlumatları əsasında hazırlanıb və müxtəlif mənbələrdə yoxlamadan keçib”.

Siyahının şuranın saytında yerləşdiriləcəyini deyən Artyomenko onun genişləndiriləcəyini istisna etməyib.

Siyahıya daxil olan jurnalistlər içərisində “Birinci kanal”, “RTP-Planeta”, NTV, “NTV-Mir”, “Rossiya”, “Rossiya-1”, “Rossiya-24”, REN-TV kimi tanınmış kanalların nümayəndələrinin adları var.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO