Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəsmi orqanı olan “Millət” qəzeti bərpa olunacaq.
AMİP katibliyindən SalamNews-a daxil olan məlumatda bildirilib ki, qəzetin internet versiyası yaxın günlərdə oxucuların ixtiyarına veriləcək. Bu dəfə “millet.az” internet qəzeti oxuculara yeni dizayn, tərtibat və üslubda təqdim olunacaq .
Həmçinin bildirilib ki, internet qəzetdə operativ və obyektiv informasiyalar, təhlillər, araşdırma materialları və s. əksini tapacaq.
– See more at: http://salamnews.org/az/news/read/139680#sthash.TLy8YA1v.dpuf