AŞPA Elxan Süleymanovun Ermənistanla bağlı Qətnamə layihəsi müzakirəyə çıxardı

Millət vəkili Elxan Süleymanovun ofisindən Modern.az-a verilən məlumata görə, iyunun 22-də axşam saatlarında Strasburqda AŞPA-nın Sədarət Komitəsinin iclası başa çatıb. İclasda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun müəllifliyi ilə təqdim olunmuş “Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə dair” Qətnamə layihəsi müzakirə edilib. 

Qətnamə layihəsində Azərbaycan ərazilərinin işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə sanksiyalar tətbiq olunması, AŞPA-da Ermənistan nümayəndə heyətinin səsvermə hüquqlarının dayandırılması və rəhbər orqanlardan çıxarılması tələb olunur. Sədarət Komitəsi Assambleyanın prosedur qaydalarına əsasən Qətnamə layihəsinin növbəti etapda müzakirə edilməsi və müvafiq qərar qəbul olunması üçün AŞPA Bürosuna göndərilməsi barədə qərar qəbul edib. AŞPA Bürosunun iyun ayının 27-də keçiriləcək iclasında Qətnamə layihəsi ilə əlaqədar yekun qərar qəbul ediləcək.

Modern.az 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO