“Arif müəllimin səhhəti normaldır. Həkimlər hazırda müzakirələr aparırlar. Əməliyyat olunub –olunmayacağı barəsində qərarı özləri verəcəklər. Arif müəllim hələlik əməliyyat olunmayıb”. Bunu Modern. az saytına açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.
Qeyd edək ki, AYB-in katibi ədəbiyyatşünas professor Arif Əmrahoğlu 2 həftə bundan əvvəl mədə qanaxması səbəbindən xəstəxanaya yerləşdirilib.