Məşhur yazar Yazıçılar Birliyindən istefa verdi

Moskvada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynov Azərbaycan Yazıçılar Birliyindən (AYB) çıxdığını elan edib.


Modern.az xəbər verir ki, Ç.Hüseynov “Azadlıq” radiosuna göndərdiyi istefa ərizəsində yazır:

“Azərbaycan Yazıçılar Birliyinə!
1959-cu ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşam və bu günədək həmin qurumun varisi Azərbaycan Yazıçılar Birliyinin üzvü olaraq qalmışam. Müstəqillik dönəmində AYB qurultaylarının hamısına dəvət olunsam da, sonuncu, XII Qurultaya dəvət olunmadım. Qəribədir, hər il AYB üzvlərinin latın qrafikası ilə çap olunan əsərlərinnin arasında mənim – digərlərini demirəm – “Fətəli fəthi” tarixi romanım da yoxdur. Nəzərə alaq ki, AYB məni rəsmən öz sıralarından çıxardığını elan etməyib, hələ də AYB üzvü sayılırdım. Onu da deyim ki, AYB rəsmiləri 85-illiyimə mənə təbrik teleqramı belə göndərmədilər…
Göstərdiyim səbəblərə görə artıq özümü AYB üzvü kimi hiss etmirəm – Azərbaycan Yazıçılar Birliyindən istefa verirəm.
Hörmətlə  Çingiz Hüseynov”.

Çingiz Hüseynov 1929-cu ildə Bakıda doğulub. Moskva Dövlət Universitetini bitirib. Filologiya elmləri doktoru, professordur.

Əsərlərini Azərbaycan və rus dillərində yazır.

Modern.az

куплю дом Квартира на сутки

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO