Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi qeyd olunur.
Modern.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalq yazıçısı Anarı bu münasibətlə təbrik edib. Nazir həmçinin Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomunu xalq yazıçısına təqdim edib. Bundan başqa Yazıçılar Birliyini Qırğızıstan, Qazaxıstan, Serbiya səfirlikləri yanaşı, YAP-ın nümayəndə heyəti də təbrik edib.