Azərbaycanda reket jurnalistikası çox ciddi problemə çevrilib

“Ölkədə reket jurnalistikası çox ciddi problemə çevrilib.”

Bunu SalamNews-a Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət deyib.

Onun sözlərinə görə, bir çox sayt bəzi tanınmış şəxslərin adını saytda yerləşdirir və bundan istifadə edərək reketçilik əməlləri ilə məşğul olur: “Bu, indi aktual məsələyə çevrilsə də, nə Mətbuat Şurası, nə də hüquq-mühafizə orqanları bu problemi aradan qaldıra bilmir. Əgər biz bu gün 10 xəbər portalını və 15 qəzeti “Qara siyahı”ya əlavə ediriksə, onların yerinə başqaları ortaya çıxır. Bu orqanların çoxu eyni şəxslər tərəfindən yaradılır. Belə ki, onlar “Qara siyahı”ya düşdüklərini görərək yeni sayt, qəzet yaradır və fəaliyyətlərini davam etdirirlər. Hazırda yeni internet saytı yaratmaq üçün heç bir problem yoxdur, çünki ölkədə bununla bağlı heç bir qadağa tətbiq olunmur.”

– See more at: http://salamnews.org/az/news/read/128150#sthash.gSh0KdZU.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO