Dünya Mətbuat Azadlığı günü qeyd olunur.
SalamNews–un «calend.ru» saytına istinadla verdiyi xəbərə görə, BMT Baş Assambleyası (BA) 1993-cü ildə mayın 3-nü Dünya Mətbuat Azadlığı günü (World Press Freedom Day) elan edib.
Bu qərar YUNESKO Baş Konfransının işinin nəticəsi idi. Belə ki, konfrans 1991-ci ildə qəbul olunan “Dünyada mətbuat azadlığının təmin olunmasına dəstək” qətnaməsi ilə etiraf etdi ki, azad, plüralist və müstəqil mətbuat istənilən demokratik cəmiyyətin vacib komponentidir.
Dünya Mətbuat Azadlığı günü hər il beynəlxalq ictimaiyyətə xatırladır ki, mətbuat və söz azadlığı İnsan hüquqları haqqında ümumi bəyannamə ilə təsbit olunan əsas hüquqlara daxildir.
– See more at: http://salamnews.org/az/news/read/124775#sthash.4gL0ZOCF.dpuf