AMŞ “Azadlıq” qəzetinə və digər 3 KİV orqanına xəbərdarlıq edib

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının bugünki iclasında bir neçə KİV-lə bağlı qərar qəbul edilib.

AMŞ-dən SalamNews-a bildirilib ki, Yeni Azərbaycan Partiyasının “Azadlıq” qəzeti barədə müraciəti cavabdeh tərəfin iştirakı olmadan müzakirə edilib. Qəzet rəhbərliyi məlumatlandırılmasına baxmayaraq, komissiyanın iclasına qatılmayıb. Müzakirələr zamanı komisiya üzvlərinin çıxışlarında yekdil fikir səslənib ki, mətbu nəşrin 18 aprel 2014-cü il sayında gedən yazıda dövlət başçısı ilə bağlı etik çərçivəni aşan fikirlər yer alıb. Məqalədə şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn fikirlər təqdim olunub və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsip və bəndlərinin tələbləri pozulub. Komissiya “Azadlıq” qəzetinə MŞ-nin xəbərdarlığının elan olunması barədə rəy çıxarıb.

Bundan başqa, Bizimxeber.az, Qafqaznews.az saytlarına , “Kafqaz news” qəzetinə Mətbuat Şurasının xəbərdarlığının elan olunması barədə qərar qəbul edilib.

– See more at: http://salamnews.org/az/news/read/124352#sthash.ldq9dPAY.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO