AMŞ və “Vergilər” qəzeti jurnalist yazıları müsabiqəsi elan edib

Azərbaycan Mətbuat Şurası (AMŞ) və Vergilər Nazirliyinin “Vergilər” qəzetinin ümummilli Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil etdiyi “Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

Təşkilatçılardan SalamNews-a bildirilib ki, müsabiqədən məqsəd ümümmilli lider Heydər Əliyevin əsasını qoyduğu müasir vergi sistemi ilə bağlı yenilikərin və məlumatların cəmiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqə “Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti”, “Vergi Partyorluğu Sazişi”: qarşılıqlı inam və etimad körpüsü” və “Əmək müqaviləsi: gələcəyin təminatı” istiqaməti üzrə aparılır.

Müsabiqədə qalib yazılar I yer (3) – 800 manat, II yer (3) – 500 manat və III yer (3) – 300 manat olmaqla mükafatlandırılacaq.

Bundan əlavə, 10 ən yaxşı yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcəkdir. Qaliblər Azərbaycan Mətbuat Şurası və Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi diplomları ilə təltif olunacaqlar.

Yazıların qəbulu mayın 31-də başa çatır. Müsabiqənin nəticələri 2014-cü iyunun 10-dək açıqlanacaq.

– See more at: http://salamnews.org/az/news/read/124147#sthash.MNTO8qSh.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO