Beynəlxalq hüquq normalarına əsasən söz azadlığına üç şərtlə məhdudiyyətlər qoyula bilər: bunlar qanuna müvafiq olmalı, təmiz məqsədə qulluq etməli və bu məqsədə çatmaq üçün zəruri və adekvat olmalıdır. Məhdudiyyətlər tətbiq edən qanunlar ikimənalı olmamalı və müxtəlif şərhlərə imkan verməməlidirlər. Şəxsin şərəf və ləyaqətinin, milli təhlükəsizliyin, ictimai asayişin, müəllif hüquqlarının, sağlamlığın və mənəviyyatın qorunması qanuni məqsədlər sırasına daxildir. Belə ki, Rusiya Federasiyası Konstitusiyası sosial, irqi, milli və ya dini nifrət və düşmənçilik oyadan təbliğatı, eləcə də dövlət sirlərini təşkil edən məlumatların yayımını qadağan edir. Müvəqqəti və ya xüsusi məhdudiyyətlər də məhkəmənin qərarı ilə tətbiq edilə bilər.
Tətbiqi və liberal yanaşmalar
Söz azadlığı həqiqətin, özünüidarənin bərpası, siyasi sistemin elastikliyinin, şəxsiyyətin və insanın təbii hüquqlarının reallaşmasının və onların qorunmasının təmin edilməsi məsələləri ilə sıx bağlıdır.
Con Stüart Mill
Tarixdə o, məlumatlandırmanın təmini və dövlətin hakimiyyət orqanlarının səriştəliliyinin yüksək səviyyəsinin saxlanması üçün vasitə kimi yaranmışdır. Belə ki, İngiltərənin 1689-cu il Hüquqlar haqqında Bili Parlament üzvlərinə, krallığın və məmurların fəaliyyətini müzakirə etmək azadlığı verirdi, bunsuz onların işi qeyri-effektiv olardı. Söz azadlığının bu xüsusiyyəti indiyə kimi, hətta region və ondan kənarda həqiqətən baş verənlər haqqında obyektiv məlumata malik olmaq məqsədi ilə öz stabillikləri üçün kiçik və təhlükəsiz «azadlıq adacıqları» (məsələn, senzuraya tabe olmayan aztirajlı qəzetlər) saxlayan avtoritar rejimlər tərəfindən də qiymətləndirilir. Daha geniş bu azadlıq, həqiqətin axtarışı və bərpası üçün əsas şərtlərdən biri kimi xidmət edir. (C.Mill, «Azadlıq haqqında»).
1689-cu il «Hüquqlar haqqında Bil»in başqa aspekti ondan ibarətdir ki, burada Parlament milli özünüidarənin ali səlahiyyətli orqanı kimi nəzərdə tutulur və beləliklə də hakimiyyətin işi haqqında informasiya almaq hüququ xalqa əsaslanır. Demokratiyanın inkişafı ilə sonuncu daha aktual olmuşdur.
Bu siyasi sistemə görə, seçkilərin nəticəsinə və ya hakimiyyətin işinə təsir edə biləcək informasiyanın yayım azadlığı söz azadlığının daha vacib tərəfidir. Burada müasir liberal demokratiyaların əksəriyyətində qanunvericilik məhdudiyyətləri azdır və yalnız seçki kampaniyaları müddətində tətbiq edilir: KİV-lərdəki dərclərdən dəqiq aydın olmalıdır ki, onların məqsədi seçkilərə təsir göstərməkdir ya yox və onlara görə kim real məsuliyyət daşıyır. Seçki ərəfəsində kifayət qədər məlumatlı olmaq üçün əhali müxtəlif mövqelərlə tanış olmalıdır. Bu, birinci növbədə seçicilər üçün əsas informasiya mənbələrinə (bu, televiziyadır) aiddir və senzuradan azad və bir-birindən asılı almayan bir çox mənbələrin açıqlığı və yaxud da monopoliya halında olan KİV-lərə qarşı plüralizm siyasəti ilə təmin edilir. Qeyd edək ki, Vikipediyada müəyyən edilmiş «neytral mövqe» qaydası, həm də hadisələrin və fikirlərin plüralizmə uyğun və qərəzsiz işıqlandırılmasına nail olmaq imkanı verir.
Hökumətin seçicilər qarşısında cavabdehliyini təmin edən demokratik üsullarla birgə, söz azadlığı bütün insan hüquqlarının müdafiəsinin ən əsas alətlərindən birinə çevrilir. Karl Popperin qeyd etdiyi kimi, o həm də liberal demokratiyanın sabitliyinin təminatında əsas rol oynayır, çünki hökumətin və hətta bütünlükdə siyasi sistemin işinin ictimaiyyətin obyektiv tələblərinə uyğun tənzimlənməsini reallaşdırır.
İmmanuil Kant
Liberalizm, söz azadlığının, yuxarıda şərh edilmiş tətbiqi baxışlardan emosional səviyyədə yüksəkdə olan etik tərəfini açmışdır. Burada insanın şərəf və ləyaqəti və ona anadangəlmə verilən obyektiv tələblər (təbii hüquqlar) ön plana çıxır. Bu konsepsiya xristian köklərə malikdir və onları hələ qədimdən yayanlar (Quqo Qrotsiyadan başlamış) tez-tez Bibliyadan sitatlar gətirirdilər: «Yaratdı Allah insanı Özünə müvafiq» (Bıt. 1:27). Lakin sonralar o, Kant tərəfindən aristokrat nəzəriyyəsi terminləri ilə, insan cəmiyyətinin prinsipləri fundamental təbii xassəyə malikdirlər kimi dəyişdirilmişdi. Amerikanın «Hüquqlar haqqında Bill»ində və Fransanın «İnsan və vətəndaş hüquqları haqqında Deklarasiya»sında (1789-cu il) ilk dəfə əksini tapmış bu yanaşma o deməkdir ki, söz azadlığına qarşı, yalnız məcburi və mənəvi cəhətdən haqlı xarakter daşıyan məhdudiyyətlərə yol verilə bilər:
Fikirlərin və mövqeyin ifadəsi azadlığı insan hüquqlarından ən qiymətlisidir; ona görə də hər bir vətəndaş, azadlıqdan sui-istifadə hallarına görə qanunda nəzərdə tutulmuş qaydada cavab vermək şərti ilə azad öz rəyini bildirə, yaza, nəşr edə bilər («İnsan və vətəndaş hüquqları Deklarasiyası», 11 maddə).
Ədəb və özünüsenzura
Jan Jak Russo
J.J.Russodan başlayaraq, əksər liberal mütəfəkkirlər söz azadlığı mədəniyyətinin təlimininin zəruriliyini qeyd etmişlər. Onların fikrinə görə, həqiqətin bərpası məqsədi ilə diskussiyaların keçirilməsi və alternativ fikirlərə dözümlü münasibət tərəqqiyə və cəmiyyətdə həmrəyliyə yardım edir. Lakin liberalizmin siyasi və mədəni baxışları bir-biri ilə bir qədər ziddiyyət təşkil edir.
Mədəniyyət nöqteyi-nəzərindən, söz azadlığı, hər bir insan üçün şəxsi əqidəsinin cəmiyyətdən müstəqil inkişafına, standartların və həyat məqsədlərinin onlar tərəfindən müstəqil ifadə edilməsinə cəhd edir. Bir tərəfdən də, özünüidarə hakimiyyəti almış xalq, ondan səmərəli və cəmiyyətin rifahı üçün istifadə etməlidir. Beləliklə, insanlar, həm bütün ictimai məsələləri müzakirə etmək azadlığına malik olmalı, həm də ölçülüb-büçilmiş seçimi həyata keçirmək üçün ondan istifadə etməyi bacarmalıdırlar.
Lakin «yerli vətəndaşların» tərbiyəsi sırf təhsil çərçivəsindən çıxır və mahiyyəti üzrə senzuranın bir növüdür, çünki fərdi əqidələri ictimai mənəviyyatdan asılı edir (A. de Tokvil). Bir sıra müasir tənqidçilər göstərirlər ki, təfəkkür müstəqilliyinin itirilməsi ictimai şüurun manipulyasiya riskini artırır. Buna baxmayaraq, demokratik ölkələrin əhalisinin çox hissəsi (xüsusilə, konservatorlar) şəxsiyyət sahəsinə belə müdaxiləni bu və ya digər dərəcədə haqlı və zəruri hesab edir.
Bu məsələnin digər tərəfi özəl müəssisələrin tənzim edilməsidir. Hər şeydən əvvəl bu, «söz azadlığının kommersiya» forması olan və istehlakçının, ictimai intizamın və təmiz rəqabətin müdafiəsi uğrunda çoxsaylı qanunvericilik məhdudiyyətlərinə məruz qalan reklama aiddir. Ümumi söz azadlığına gəldikdə isə, KİV-ləri və aparıcı reklam sahiblərinə qarşı dövlət nəzarəti, eləcə də informasiya bazarında dövlət mənbələrinin çoxluğu «özünüsenzura»ya səbəb olur və bu zaman özəl KİV-lər çox mühüm gəlir mənbələrini itirmək qorxusu qarşısında qabaqlayıcı məhdudiyyətlər tətbiq edirlər. Özünüsenzuraya, eləcə də kino sənayesi kimi, gəlirləri əhəmiyyətli dərəcədə ictimai fikirdən asılı olan sahələr məruz qalırlar.
Buna görə də, liberalizmin əleyhinə olanlar hesab edirlər ki, şəxsi mülkiyyət və dövlətin şəxsi sahibkarlıq fəaliyyətinə müdaxilə etməməsi söz azadlığının təminatı üçün açar ola bilər. Onlar deyirlər ki, bu, həm dövlət senzurasının qarşısına səd qoyur və özünüsenzura üçün əksər səbəbləri aradan qaldırır, həm də özəl nəşriyyatlar və mətbuatda reklam daxil olmaqla, müstəqil mövqelərin yayımına əlavə imkanlar yaradır. KİV-lərin (eləcə də seçki kampaniyalarının, təhsilin və s.) dövlət tərəfindən maliyyələşdirilməsinin sol-liberal tərəfdarları qeyri-liberallarla razı deyillər. Onlar hesab edirlər ki, KİV-ə qarantiyalı dəstək zəruridir ki, onlar həm ictimai fikirdən, həm də kapitaldan asılı olmayaraq fəaliyyət göstərsinlər.